Hillside Residence Mənzil Layihəsi
2023-cü ildə Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən "Hillside Residence" yaşayış kompleksində ümumi sahəsi 180 m² olan 4 otaqlı fərdi mənzilin layihələndirmə, dizayn və təmir işləri uğurla icra olunmuşdur. Bu layihə müasir memarlıq üslubu, funksional planlaşdırma və yüksək estetik tələblər əsasında həyata keçirilmişdir. Mənzil interyer dizaynında komfort və zövqün balansı qorunaraq, yaşayış üçün rahat və harmonik mühit yaradılmışdır. Tikinti və təmir prosesi müasir texnologiyalar və keyfiyyətli materiallarla aparılaraq, obyekt tam təhvil verilib və hazırda istismardadır.